» » Qazaxıstan sakini arvadını, qızını və iki qardaşını öldürüb

Qazaxıstan sakini arvadını, qızını və iki qardaşını öldürüb

Qazaxıstan sakini arvadını, qızını və iki qardaşını öldürüb

Cinayət qısqanclıq zəminində törədilib.

Qazaxıstanın cənubunda yerləşən Türkestan şəhərinin sakini arvadını, beş yaşlı qızını və iki qardaşının travmatik tapançadan güllələyərək öldürüb.

ucarliyiq.biz “İnterfax-Qazaxıstan”a istinadən xəbər verir ki, o həmçinin altı yaşlı oğlunu və anasını yaralayıb, sonra isə özünü öldürmək istəyib.

Hadisə şənbə günü, oktyabrın 10-da baş verib. 30 yaşlı kişi, onun 52 yaşlı anası və azyaşlı oğlu xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisə yerindən 9 mm kalibrli Streamer tapançası, üç mərmi və iki ədəd patron götürülüb. 

Məlumata görə, cinayət qısqanclıq zəminində törədilib.