» » KİV: Türkiyə Rusiya qırıcısını vurub

KİV: Türkiyə Rusiya qırıcısını vurub

KİV: Türkiyə Rusiya qırıcısını vurub

Şahidlər yerə düşən MiQ-29 görüblər.

Qərb mətbuatı yazır ki, türklər ola bilsin ölkənin hava məkanına daxil olmuş Rusiya hərbi təyyarəsini vurublar. 
 
ucarliyiq.biz xəbər verir ki, bu barədə məlumatı hadisə şahidlərinə istinadən Daily Mail yazıb.

Şahidlər Suriyanın şimalında Xuraytan şəhəri üzərində partlayış və yerə düşən MiQ-29 görüblər.
 
Britaniyanın Express agentliyinin münaqişə zonasında çalışan bir neçə həmkarı da bu barədə məlumat yayıblar.
 
Onların məlumatına görə, Türkiyə Hərbi Hava Qüvvələri Rusiya təyyarəsinin vurulması üçün Amerika istehsalı olan üç F-16 qırıcısını havaya qaldırıblar. Bununla yanaşı dərgi vurğulayır ki, bütün bu məlumat yalnız sosial şəbəkələrdən götürülüb. Tərəflərdən heç biri məsələ ilə bağlı rəsmi şərh yaymayıblar.
 
Bununla yanaşı, KİV güman edir ki, əgər həqiqətən də səmada MiQ-29 vurulubsa, o zaman bu təyyarə Rusiyanın yox, Suriyanın ola bilər. Suriya HHQ-də bu tipli təyyarələrin çox olması da deyilənləri təsdiqləyə bilər.
 
Bundan başqa, hələ ötən həftənin əvvəlində Rusiya Müdafiə Nazirliyi "Xmeymim" aviabazasında bu tipli qırıcılara malik olmadığını yazmışdı.