» » “Zita və Gita”nın əmisi arvadı dünyasını dəyişdi

“Zita və Gita”nın əmisi arvadı dünyasını dəyişdi

“Zita və Gita”nın əmisi arvadı dünyasını dəyişdi

Manarama ümumilikdə 1200 filmdə çəkilib.

Hindistanın Çennai şəhərində həyatının 79 yaşında əsl adı Qopisantxa olan, kino həvəskarlarının isə Manarama kimi tanıdığı aktrisa dünyasını dəyişib.

ucarliyiq.biz-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa ürək tutması nəticəsində vəfat edib. Yaxınlarının verdiyi məlumata əsasən, son vaxtlar Manaramanın səhhətində ciddi problemlər yaranmışdır.

Manarama ümumilikdə 1200 filmdə çəkilib. Onun adı hətta Ginnesin Rekordlar kitabına düşüb.

Aktrisa azərbaycanlı tamaşaçılara daha çox 1972-ci ildə ekran üzü görən və böyük uğur əldə edən “Zita və Gita” filmində əkizlərin əmisi arvadı kimi yadda qalıb.  

Qopisantxa həmçinin teatr səhnələrində çalışırdı.