» » İran parlamenti nüvə sazişi haqqında qanun layihəsini təsdiqlədi

İran parlamenti nüvə sazişi haqqında qanun layihəsini təsdiqlədi

İran parlamenti nüvə sazişi haqqında qanun layihəsini təsdiqlədi

Lakin deputatların öz şərti var.

İran parlamenti ölkə hökumətinə "altılıq" ölkələri ilə əldə olunmuş nüvə sazişinin şərtlərini yerinə yetirməyə imkan verən qanun layihəsini təsdiqləyib, Associated Press İRNA agentliyinə istinadən xəbər verir. 

Lakin bununla bərabər, qanunda qeyd olunur ki, Tehranın üzərindən sanksiyalar götürülmədiyi təqdirdə İran rəhbərliyi razılaşmadan imtina edə bilərlər.

Qanunun yekun qəbulu gələn həftə, bütün xırdalıqların razılaşdırılmasından sonra baş tutacaq.

İyulda İran və vasitəçi "altılıq" ölkələri nüvə proqramı üzrə razılıq əldə etdilər. İran prezidenti Həsən Ruhani bəyan edib ki, nüvə sazişi müharibə üzərində qələbə üçün gözəl nümunədir.