» » Lukaşenko beşinci dəfə Belarusun prezidenti seçildi

Lukaşenko beşinci dəfə Belarusun prezidenti seçildi

Lukaşenko beşinci dəfə Belarusun prezidenti seçildi

Seçkilərə iştirak 87,2% olub.

Belarusun cari prezidenti Aleksandr Lukaşenko dövlət başçısı seçkilərində qalib gəlib, o seçicilərin 83,49% səsini toplayıb, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşina bildirib.

ucarliyiq.biz xəbər verir ki, Liberal-demokrat partiyasının lideri Sergey Qaydukeviçə 3,32% seçici, “Həqiqəti söylə” vətəndaş kampaniyasının nümayəndəsi Tatyana Korotkeviçə 4,42% seçici, Belarus vətənpərvər partiyasının sədri Nikolay Ulaxoviçə 1,67% seçici səs verib.

Seçkilərdə səsvermə hüququ olan vətəndaşların 87,2%-i iştirak edib.

Seçki gününün nəticələrinə görə, 61 yaşlı Aleksandr Lukaşenko beşinci dəfə Belarus prezidenti postunu tutacaq.

Lukaşenko ilk dəfə 1994-cü ildə dövlət rəhbəri seçilib.

Xatırladaq ki, Belarus müxalifəti prezident seçkilərinin yekunlarını qəbul etməkdən imtina edib və onları saxtalaşdırılmış hesab edir.

Aleksandr Lukaşenko bəyan edib ki, prezident seçkiləri ərəfəsində Qərbin ölkədə görmək istədiyi hər şeyi edib.