» » Türkiyənin məşhur aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru vəfat etdi

Türkiyənin məşhur aktyoru vəfat etdi

O, Sankt-Peterburq Mum Heykəllər Muzeyində heykəli olan nadir türk sənətçilərindən idi.

Türkiyənin məşhur aktyoru Levent Kırca 67 yaşında vəfat edib.

ucarliyiq.biz-ın Türkiyə mediasına istinadən məlumatına görə, bir müddətdir qaraciyər xərçəngindən əziyyət çəkən aktyor müalicə aldığı Mərmərə Universiteti Təhsil və Araşdırma xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Leven Kırca ilk dəfə 1964-cü ildə Ankara Dövlət Teatrında səhnəyə çıxıb. 1978-ci ildə Altınşehir adlı filmlə kino sahəsinə keçib. 1988-ci ildə başlayıb 22 il davam edən “Olacak O Kadar” adlı televiziya proqramını hazırlayıb.

1998-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Dövlət sənətçisi” adını alıb.

O, Sankt-Peterburq Mum Heykəllər Muzeyində heykəli olan nadir türk sənətçilərindən idi.

2011-ci ildən etibarən köşə yazarlıq edən sənətçinin “Dövlət Sənətçisi” adı 2015-ci ildə geri alınıb.