» » Qırğızıstanda ekstremistlər təcridxanadan qaçdılar

Qırğızıstanda ekstremistlər təcridxanadan qaçdılar

Qırğızıstanda ekstremistlər təcridxanadan qaçdılar

DCİX-in üç əməkdaşı öldürülüb.

Dini ekstremizm və terrorizmə görə məsuliyyətə cəlb edilən doqquz nəfər bazar ertəsinə keçən gecə Bişkek ətrafında yerləşən istintaq təcridxanasından qaçıb, qaçış zamanı onlar Qırğızıstan Dövlət Cəzaların İcraatı Xidmətinin (DCİX) üç əməkdaşını qətlə yetiriblər.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA “Novosti” DCİX-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Oktyabrın 12-nə keçən gecə təcridxana müəssisəsindən doqquz nəfər müttəhim qaçıb. Cinayətkarları saxlamağa cəhd edərkən üç DCİX əməkdaşı öldürülüb, daha bir əməkdaş isə yaralanıb”, - idarədən bildirilib.

50 saylı təcridxana paytaxt Bişkekdən bir neçə km uzaqlıqda Çuysk vilayətinin Nijni Nooruz kəndində yerləşir.

Qaçış zamanı məhkumlardan biri yaralanıb. Mühafizə operativ şəkildə yardım çağıra bilib. DİN əməkdaşları qaçanlardan beşini, o cümlədən yaralanan şəxsi tutmağa müvəffəq olublar, qalan dörd nəfər axtarışa verilib, “Tutmaq” planı işə salınıb.

Qaçanların hamısı dini ekstremizm və terrorizmə görə məsuliyyətə cəlb ediliblər.

“Qaçan dörd nəfərdən ikisi ömürlük həbs cəzasına məhkum edilib, digər ikisi isə istintaq altında olublar”, - DCİX-dən dəqiqləşdiriblər.