» » NATO missiyası helikopter qəzasında 5 üzvünü itirdi

NATO missiyası helikopter qəzasında 5 üzvünü itirdi

NATO missiyası helikopter qəzasında 5 üzvünü itirdi

Hadisə araşdırılır.

Bazar günü Əfqanıstanda helikopter qəzasında NATO missiyasının beş üzvü həlak olub, daha beş nəfər isə yaralanıb. 

ucarliyiq.biz Reuters-ə istinadən xəbər verir ki, qəza helikopterin Kabulda NATO missiyasının qərargahı yanında enərkən baş verib.

“Hadisə hal-hazırda araşdırılır, amma biz bunun bədbəxt hadisə olduğunu təsdiq edə bilərik”, - Böyük Britaniya Müdafiə Nazirliyinin press-relizində deyilir.

Ölənlərdən ikisi Böyük Britaniyanın Krallıq hərbi-hava qüvvələrinin tərkibinə daxil idi. Digər xəsarət alanların vətəndaşlığı açıqlanmır. Həlak olan britaniyalıların qohumlarına faciə barədə xəbər verilib – onlar dəfnə qədər adlarının açıqlanmamasını xahiş ediblər, BBC məlumat yayıb.  

NATO-nun “Qəti dəstək” missiyasında 42 ölkədən olan 13 mindən çox hərbçi iştirak edir, onların 500-ü Böyük Britaniya vətəndaşıdır. Missiyanın məqsədi əfqan təhlükəsizlik qüvvələrinə “Taliban” terror hərəkatı ilə mübarizə üçün təlimin keçirilməsi və dəstək göstərilməsidir.