» » Britaniya qoşunları Rusiya təyyarələrini vurmaq barədə əmr almayıblar

Britaniya qoşunları Rusiya təyyarələrini vurmaq barədə əmr almayıblar

Britaniya qoşunları Rusiya təyyarələrini vurmaq barədə əmr almayıblar

“Bu hekayələr həqiqətə uyğun deyil”.

Britaniya Müdafiə Nazirliyi KİV-in Krallığın Hərbi hava qüvvələrinin təyyarələrinə Rusiya təyyarələrinin Suriya səmasında düşmən davranışı zamanı “hava-hava” raketlərindən istifadə əmrinin verilməsini təkzib edib, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəsmi bloqunda bildirilib.

ucarliyiq.biz bu barədə lenta.ru-ya istinadən xəbər verir.

“Bu hekayələr həqiqətə uyğun deyil”, - bloq, Britaniya Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərindən sitat gətirib.

Bu qəbildən olan göstərişlərin verilməsi oktyabrın 11-də Daily Star Sunday tabloidində peyda olub.

Nəşrin məlumatına görə, guya Britaniya qırıcı-bombardmançılarının pilotlarına regionda islamçıların mövqelərinə zərbələr endirənlərə cavab atəşi açmaq icazə verilib.

Eyni zamanda təyyarəçilərə “Rusiya qırıcıları ilə mümkün qədər əlaqədən qaçmaq” göstərişi verilib.

Nəşr iddia edirdi ki, qərar Rusiya aviasiyasının peyda olmasından və Rusiya hərbçilərinin planlarının qeyri-müəyyənliyi ucbatından Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar qəbul edilib.