» » Qırğızıstanın Müdafiə naziri rüşvətxorluqda ittiham edilir

Qırğızıstanın Müdafiə naziri rüşvətxorluqda ittiham edilir

Qırğızıstanın Müdafiə naziri rüşvətxorluqda ittiham edilir

O, tutduğu vəzifədən azad edilib.

Rüşvətxorluqda şübhəli bilinən Qırğızıstan Müdafiə naziri Abibilla Kudayberdiyev tutduğu vəzifədən azad edilib, ölkə prezidentinin mətbuat xidmətindən bildirilib.

ucarliyiq.biz bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

“Qırğızıstan respublikasının prezidenti Almazbek Atambayev bu gün oktyabrın 12-də Kudayberdi Abibilla Alımoviçin tutduğu Qırğızıstan müdafiə naziri vəzifəsindən azad edilməsi barədə fərman imzalayıb”, - məlumatda deyilir.

Daha öncə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin müdafiə nazirinin vəzifəsindən sui-istifadədə şübhəli bilinməsinə dair cinayət işi açdığını bildirmişdi.