» » Şaolin rahibinin unikal tryuku - VİDEO

Şaolin rahibinin unikal tryuku - VİDEO

Şaolin rahibinin unikal tryuku - VİDEO

O, bədəninin ağırlığını bir əl barmağı üzərinə keçirib.

Şimali Çindən olan Şaolin rahibi Şi Lilianq növbəti dəfə unikal tryuk nümayiş etdirdi.

ucarliyiq.biz Vesti.ru-ya istinadən xəbər verir ki, o, öz bədəninin çəkisini əlinin bir barmağı üzərinə keçirə bilib. Bu vəziyyətdə o, 10 saniyə ərzində tarazlıq saxlayıb.

Şi Lilianq Yer kürəsində bu tryuku yerinə yetirə bilən nadir insanlardandır.

Sentyabrın əvvəlində Şi Lilianq incir hədisini həqiqətə çevirərək su üzərində gəzməklə məşhurlaşdı. 200 fanera lövhəsini istifadə edərək o, suyun üzərində 125 metrə qədər məsafə qaça bilib.

Bu video Youtube-da milyonlarla, sayt və sosial şəbəkələrdə isə yüz minlərlə baxış toplayıb.