» » İqtisadiyyat üzrə Nobel mükafatı yoxsulluğun və rifahın təhlili üçün verildi

İqtisadiyyat üzrə Nobel mükafatı yoxsulluğun və rifahın təhlili üçün verildi

İqtisadiyyat üzrə Nobel mükafatı yoxsulluğun və rifahın təhlili üçün verildi

“Onun tədqiqatları mühüm yeraltı daşları üzə çıxarıb”.

İqtisadiyyat üzrə Nobel mükafatını “istehlakın, yoxsulluğun və rifahın təhlili”nə görə ingilis-Amerika alimi Enqus Diton alıb.

ucarliyiq.biz xəbər verir ki, bu barədə gazeta.ru Nobel komitəsinin press-relizinə istinadən məlumat yayıb.

“Onun tədqiqatları yoxsulluq miqyaslarını müqayisə edərkən mühüm sualtı daşları üzə çıxarıb. O, həmçinin evdə istehlaka dair məlumatların ağıllı istifadəsinin gəlir və istehlak arasında qarşılıqlı əlaqə, eləcə də ailədə cinsə görə diskriminasiya kimi məsələlərə aydınlıq gətirə biləcəyini göstərib”, - press-relizdə qeyd edilib.

Xatırladaq ki, 2015-ci ildə mükafatın məbləği 8 milyon isveç kronudur, bu isə 953 min dollardan ibarətdir.