» » Çinli qadın Ginnesin rekordlar kitabına düşmək üçün 35 il saçlarını uzatdı

Çinli qadın Ginnesin rekordlar kitabına düşmək üçün 35 il saçlarını uzatdı

Çinli qadın Ginnesin rekordlar kitabına düşmək üçün 35 il saçlarını uzatdı

“Uzun saçlar sağlamlıq üçün xeyirlidir”.

Çinli Gi Menq 35 il ərzində 2,52 metr uzunluqda hörük uzadıb. O, bunu Ginnesin rekordlar kitabına düşmək üçün edib, China Daily yazır.

ucarliyiq.biz xəbər verir ki, yunan əyalətinin Myao xalqının nümayəndəsi olan 59 yaşlı qadın 24 yaşından saçlarını kəsdirməyib. İl ərzində saçlarını altı-yeddi santimetr uzadıb.

Gi Menq saçlarını hörür. Tarlada iş görən zaman saçını beş dəfə başında və üç dəfə də beli ətrafında fırladaraq yığır.

Qadın hörüyünün onun ən böyük sərvəti olduğunu deyib. Çinli qadın uzun saçın sağlamlığa xeyir olduğunu deyib, amma bu faydanın nədən ibarət olduğunu dəqiqləşdirməyib. Bununla yanaşı Gi Menq saçını yuduqdan sonra yeddi günə yaxın qurutduğundan şikayət edib.

Daha öncə qadın saçını 19 000 yuana (184 000) satmaqdan imtina edib, çünki dünya rekordu vurmaq istəyib. Hal-hazırda birinci yer, digər çinli qadına Ksi Kuipinqə məxsusdur. O, Ginnesin rekordlar kitabına 2004-cü ildə düşüb, o zaman onun saçının uzunluğu 5,6 metrdən ibarət olub.