» » Azərbaycanlı İrəvan küçəsində atəş açdı

Azərbaycanlı İrəvan küçəsində atəş açdı

Azərbaycanlı İrəvan küçəsində atəş açdı

Azərbaycanlı etiraf edib.

Moskvada oktyabrın 11-də toyda atəş açan kişi etiraf yazıb, TASS Moskva üzrə DİN Dövlət İdarəsinin mətbuat xidmətinin rəisi Andrey Qaliakberova istinadən xəbər verib.

ucarliyiq.biz xəbər verir ki, həmin ərəfədə Moskva vaxtı ilə saat 18.30-da paytaxtın cənubunda Kaspiyski və İrəvan küçələrinin kəsişməsində toy karvanının maşınlarının birində olan naməlum şəxs travmatik tapançadan havaya bir neçə dəfə atəş açıb.

Axtarış-əməliyyat tədbirləri nəticəsində polis əməkdaşları toyun 16 qonağını saxlayaraq Moskvanın cənub dairəsi üzrə Daxili İşlər İdarəsinə gətiriblər və onlara məxsus maşınları baxışdan keçiriblər.

“Dindirilmə zamanı saxlanılan şəxslərdən biri 29 yaşlı azərbaycanlı etiraf edib. Etiraf ifadəsində vətəndaş həqiqətən avtomobilin pəncərəsindən travmatik tapançadan havaya bir neçə dəfə atəş açdığını, toy karvanı yoluna davam edərkən həmin atəş açdığı tapançanı yolda atdığını bildirib”, - Qaliakberov bildirib.

O qeyd edib ki, hal-hazırda şübhəli bilinən şəxs saxlanılıb, ona dair “Xuliqanlıq” maddəsi ilə cinayət işinin açılması məsələsinə baxılır.