» » “Playboy” qadınların tamamilə çılpaq fotolarından imtina etdi

“Playboy” qadınların tamamilə çılpaq fotolarından imtina etdi

“Playboy” qadınların tamamilə çılpaq fotolarından imtina etdi

Nəşr öz qələbələrinin qurbanı oldu.

“Playboy” jurnalının təsisçisi Hyu Hefner çap versiyasında qadınların tamamilə çılpaq fotolarını dərc etməyi dayandırmağı təsdiqləyib, “The New York Times” məlumat yayıb.

ucarliyiq.biz gazeta.ru-ya istinadən xəbər verir ki, jurnal nümayəndələri bəyan ediblər ki, nəşr öz qələbələrinin qurbanı olub.

Onların sözlərinə görə, hər bir istifadəçi istədiyi an bir kliklə təxəyyülündə canlandırdığı seksual xarakterli obrazı tapa bilirsə, nəşrin köhnə siyasətini davam etdirmək mənasızdır.

Bu qərar 2016-cı ilin mart ayında qüvvəyə minəcək. Jurnal qadınların çəkici pozalarda şəkillərini dərc etdirməyə davam edəcək, amma onlar jurnalın səhifələrində tamamilə çılpaq görünməyəcəklər.

Playboy jurnalı dünyada ən məşhur brendlərdəndir. Nəşrin ilk nömrəsi 1953-cü ilin dekabr ayında 51 minlik tirajla çıxıb.