» » Britaniyalı təqaüdçüyə şəraba görə 360 şallaq vurulacaq

Britaniyalı təqaüdçüyə şəraba görə 360 şallaq vurulacaq

Britaniyalı təqaüdçüyə şəraba görə 360 şallaq vurulacaq

Böyük Britaniya onun azad edilməsi üçün cəhd edəcək.

Səudiyyə Ərəbistanında evdə hazırlanmış şərab ilə tutulan britaniyalı təqaüdçüyə 360 şallaq vurula bilər. Onun qohumlarının sözlərinə görə, bu cəza qocanın ölümünə səbəb ola bilər, bbc.com məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, 74 yaşlı Karl Andre Səudiyyə dini polisi tərəfindən həbs ediləndən həbsxanada artıq bir il keçirib. 

Onun qızı Kristen Pirot atasının cəzanı gözləyərək niyə bu qədər uzun müddət həbsxanada saxlanıldığını anlamadığını deyib.

“O, yaşlı adamdır, onun 74 yaşı var, o üç növ xərçəng keçirib, astma xəstəsidir və podaqrası var”, - məhkumun qızı bildirib.

Alkoqol Səudiyyə Ərəbistanında qadağandır. Pirot atasının 2014-cü ildə avqust ayında öz maşınında evdə hazırlanmış şərab gətirdiyini və həmin zaman saxlanılaraq həbs olunduğunu bildirib.

O əlavə edib ki, təqaüdçü artıq Səudiyyə Ərəbistanında törətdiyi əməllərinin qarşılığını ödəyib və indi azad edilməlidir.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, mümkün olan kimi Britaniya vətəndaşının azad edilməsinə cəhd edəcək.

“Nazirlər və yüksək vəzifəli şəxslər Andrenin işi ilə əlaqədar Səudiyyə Ərəbistanının hakimiyyəti ilə əlaqə saxlayırlar və biz onun azad edilməsi üçün yollar axtarırıq”, - Britaniya XİN-nin mətbuat katibi bildirib.