» » İnsanların oriyentasiyasını müəyyənləşdirən genlər aşkar edildi

İnsanların oriyentasiyasını müəyyənləşdirən genlər aşkar edildi

İnsanların oriyentasiyasını müəyyənləşdirən genlər aşkar edildi

50 cüt əkizin genetik markerləri öyrənilib.

Amerikalı alimlər ananın hamiləlik dövründə uşaqların oriyentasiyasını öyrənmək üsulunu aşkar ediblər.  

ucarliyiq.biz bu barədə letidor.ru-ya istinadən xəbər verir.

“Oriyentasiyanın müəyyənləşdirilməsi üsulu DNT fəaliyyətinə nəzarət edən molekulyar markerlərin tədqiqinə əsaslanır”, – layihə rəhbəri, Kaliforniya universitetinin elmlər doktoru Tak Nqun izah edib.

Bu üsulun ixtira edilməsinə müqəddimə 50 cüt əkizin genetik markerlərinin öyrənildiyi araşdırma olub. Bu araşdırmada 50 cüt əkizlərin 37-də qardaşların biri gey, 10 cütlükdə isə hər ikisi homoseksualist olub.

“Deməli eksperiment göstərdi ki, DNT-nin ən azı 9 hissəsi seksual oriyentasiya ilə əlaqədardır. Bizim könüllülərdə bu sahələr metilləşdirilib (yəni DNT molekula metil qrupun nukleotid C birləşdirmə yolu ilə dəyişdirilib), bu isə bu və ya digər seksual əlamətlərin nə dərəcədə qabarıq olmasına təsir edir”, - əldə edilmiş məlumatı bölüşən mütəxəssislər bildirib.

İndi ekspertlərin bəyanatına əsasən, gələcək kişinin özü üçün cütlük kimi qadını və ya digər kişini üstün tutacağı sualına onlar 70% dəqiqliklə cavab verə biləcəklər.