» » Almanlar islama qarşı

Almanlar islama qarşı

Almanlar islama qarşı

“Onlar bizi birbaşa Avropa vətəndaş müharibəsinə aparırlar”.

Drezdendə antiislam fəalları nümayişə 8 min adam toplayıblar, Associated Press məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, etiraz aksiyası PEGİDA antiislam qrupu tərəfindən təşkil edilib.

PEGİDA-nın həmtəsisçisi Lütts Bahman da daxil olmaqla çıxış edənlər Almaniya kansleri Angela Merkelin və onun hökumətinin Suriya, Əfqanıstan və İraqdan münaqişələrdən qaçan yüz minlərlə qaçqını qəbul etmək barədə qərarını pisləyiblər.

“Onlar bizi birbaşa Avropa vətəndaş müharibəsinə aparırlar”, - Bahman bəyan edib.

Etiraz edənlər “Merkel getməlidir!” şüarı və qaçqınların deportasiya edilməsi təklifi ilə çıxış ediblər. Etiraz edənlərdən bir nəfər üstündə biri Merkel biri isə Ziqmar (vitse-kansler, Almaniyanın iqtisadiyyat və energetika naziri) üçün iki ilmənin olduğu dar ağacının maketini aparıb.    

Kütlənin içərisində bəziləri macar və Rusiya bayraqlarını dalğalandırıb və “Merkeli Sibirə, Putini Berlinə” şüarını səsləndiriblər.