» » “Əl Qaidə”: Rusiya yeni səlib yürüşünə başlayıb

“Əl Qaidə”: Rusiya yeni səlib yürüşünə başlayıb

“Əl Qaidə”: Rusiya yeni səlib yürüşünə başlayıb

“Başqa seçim yoxdur”.

“Əl Qaidə” terror təşkilatının Suriya qolu “Cəbhə ən-Nüsrə”nin lideri qiyamçıları Rusiyanın sünni-müsəlmanlara aviazərbələrinə cavab olaraq Bəşər Əsədi dəstəkləyən dini azlıq ələvilərə hücumu gücləndirməyə çağırıb.

ucarliyiq.biz bu barədə Rosbalt-a istinadən xəbər verir. 

“Latakiyada ələvilərin şəhər və kəndlərinə hücumları və döyüşü gücləndirməkdən başqa seçim yoxdur və bütün qruplaşmaları çağırıram... Gündəlik olaraq onların kəndlərinə yüzlərlə raket atmaq lazımdır, onların sünni şəhər və kəndlərinə atdıqları kimi”, - Abu Məhəmməd əl-Culaninin YouTube-da yerləşdirilmiş audio-ismarıcında deyilib.

İsmarıcda həmçinin Rusiya hərbçilərinin hərbi inventarının Əsədin hakimiyyətinin qorunması məqsədini güddüyünü, amma İran tərəfindən və Livanın “Hizbullah” yaraqlılarının dəstəyi kimi uğursuzluğa düçar olacağı bildirilib.

“Cəbhə ən-Nüsrə”nin rəhbəri hesab edir ki, Rusiya Şərqə doğru yeni səlib yürüşünə başlayıb. O, həmçinin bəyan edib ki, Suriyadakı müharibə rusiyalılarla Əfqanıstanda qarşılaşdıqları dəhşətləri unutmağa məcbur edəcək.

“Şamda (Suriyada) müharibə fonunda ruslar qarşısında onların Əfqanıstanda qarşılaşdıqları dəhşətlər unudulacaq. Yeni rus təcavüzü müsəlman və Suriya düşmənlərinin əlində qalan sonuncu silahdır”, - o deyib.