» » Ankarada polis şübhəli bağlamanı partlatdı

Ankarada polis şübhəli bağlamanı partlatdı

Ankarada polis şübhəli bağlamanı partlatdı

Həyəcan siqnalı əsassız imiş.

Türk polisi Ankara dəmiryolu vağzalı yaxınlığında şübhəli bağlamanın nəzarət altına alınmış partlayışını törədib, Reuters CNN Turk teleşirkətinə istinadən məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, həyəcan siqnalı əsassız olub, bağlamada ərzaq olub.

Üç gün öncə dinc aksiyada iki partlayış nəticəsində təxminən 100 nəfər həlak olub.  

Daha öncə ölkə hakimiyyətinin İŞİD yaraqlılarının Ankaradakı terror aktına aidiyyatını prioritet kimi nəzərdən keçirdikləri xəbər verilmişdi.