» » Dağıstan Azərbaycan meyvələrini saxlayıb

Dağıstan Azərbaycan meyvələrini saxlayıb

Dağıstan Azərbaycan meyvələrini saxlayıb

Karantin obyektləri aşkar edilib.

Dağıstanın Rusiya kənd təsərrüfatına nəzarət xidməti Rusiya ərazisinə 55 ton karantin ərzağının gətirilməsinə icazə verməyib.

ucarliyiq.biz RİA Dağıstan-a istinadən xəbər verir ki, bu barədə Dağıstanın Rusiya kənd təsərrüfatına nəzarət xidmətinin mətbuat xidməti bildirib.

Xəbər verildiyi kimi yükün bir hissəsi Azərbaycandan ixrac edilib.

“Beləliklə, 19,2 t alma, 20 t tütün, 10 t nar və 6 t təzə xurma saxlanılıb. Meyvələr onlarda zərərli karantin obyektləri aşkar edildiyi üçün saxlanılıb”, - Dağıstanın Rusiya kənd təsərrüfatına nəzarət xidmətindən bildiriblər.

Rusiya Federasiyası qanununa müvafiq olaraq, ərzaqlara baxıldıqdan sonra protokol tərtib edilib, sonra isə ərzaq partiyası ixrac ölkəsinə geri qaytarılıb.