» » Niderland TŞ: Boeing təyyarəsini “Buk” vurub

Niderland TŞ: Boeing təyyarəsini “Buk” vurub

Niderland TŞ: Boeing təyyarəsini “Buk” vurub

İstintaq təyyarənin daxilində partlayışı istisna edir.

Niderlandın Təhlükəsizlik Şurasının (OVV) Ukraynada Boeing-in qəzasına dair araşdırma komissiyasının sədri Tyib Yostra Malayziya təyyarəsinin “Buk” zenit-raket kompleksi tərəfindən vurulduğunu bəyan edib.

ucarliyiq.biz bu barədə gazeta.ru-ya istinadən xəbər verir.

İstintaq təyyarənin daxilində partlayış, atışma və laynerə “hava-hava” raketinin dəyməsi səbəbindən yaranan qəza ssenarilərini istisna edib.

Bildirilir ki, zərbə təyyarənin ön sol hissəsinə dəyib.

“Almaz-Antey” konserninin baş direktoru Yan Novikov öz növbəsində bəyan edib ki, Malayziya Boeing-ini yalnız köhnə modifikasiyalı raket ilə vura bilərdilər.

Eksperiment nəticəsində Malayziya Boeing-inin “Buk-M1” kompleksli raket ilə vurulduğu, raketin 9M38 markalı olduğu aydınlaşdırılıb.

Xatırladaq ki, Amsterdamdan Kuara Lumpura uçan Malaysia Airlines aviaşirkətinə məxsus Boeing 777 təyyarəsi 2014-cü ilin iyul ayının 17-də Donetsk vilayətinin şərq hissəsində qəzaya uğrayıb. Təyyarədə 283 sərnişin və 15 nəfər heyət üzvü olub, təyyarədə olanların hamısı həlak olub.