» » Amerikalının bu zarafatını hamı bəyənmədi – VİDEO

Amerikalının bu zarafatını hamı bəyənmədi – VİDEO

Amerikalının bu zarafatını hamı bəyənmədi – VİDEO

O, like-a görə oğlunun ölümünü səhnələşdirib.

Amerikanın Oqayo ştatının sakini Roman Antvud anasını qorxutmaq və zarafatı videoya çəkmək üçün 3 yaşlı oğlunun motoqəzada ölümünü səhnələşdirib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Daily Mail Online məlumat yayıb.

YouTube-da məşhur olan 32 yaşlı məzhəkəçi öncədən kvadrosiklin idarə pultunda partlayıcı qurğu və oğlu kimi geyindirilmiş maneken hazırlayıb. Antvud və onun həyat yoldaşı uşağı kvadrosiklə oturtduqdan sonra, zarafatcıl arvadının diqqətini yayındıraraq uşağı maneken ilə əvəz edib.  

Radio-idarəedicisi olan kvadrosikl yerindən tərpənib, yüksək sürətlə tramplinə yaxınlaşıb və gözdən itib, daha sonra alovu doqquz metr hündürlüyə qalxan partlayış baş verib.

Partlayışın və ananın reaksiyasını amerikalı öz YouTube kanalında paylaşıb. İki gün ərzində Blowing up my kid PRANK!! Çarxı 4,5 milyon baxış toplayıb. Videoya 467,5 min istifadəçi like qoyub, bununla yanaşı 9,6 min istifadəçi bu zarafatı bəyənməyib.