» » Qlazqoda çoxmərtəbəli binaların epik sonu – VİDEO

Qlazqoda çoxmərtəbəli binaların epik sonu – VİDEO

Qlazqoda çoxmərtəbəli binaların epik sonu – VİDEO

Evlər cinayətkarlıq yuvasına çevrilib.

Qlazqo hakimiyyəti yarım əsr bundan öncə inşa edilmiş 6 hündürmərtəbəli binanı söküb.

ucarliyiq.biz dünya KİV-nə istinadən xəbər verir ki, evləri tamamən dağıtmaq mümkün olmayıb, altı evdən ikisi qismən dağılıb.

Altı binanın sökülməsinə baxmağa minlərlə tamaşaçı toplaşıb. Onların gözü önündə partladılan binalar toz buludları içində çöküb.

31 mərtəbəli səkkiz binadan ibarət olan yaşayış kompleksi, nə zamansa Avropanın ən hündür binaları, onların yerləşdiyi Red Road rayonu isə şəhərdə ən qabaqcıl yer hesab olunub. Amma zamanla evlər boşaldı, burada yaşayan ailələrin əsas hissəsi, 5000 ailə daha respektabelli rayonlara köçüb.

Nəticədə evlər cinayət yuvasına, antisosial və yarımkriminal elementlər üçün sığınacağa çevrildi. Kompleksin 2 binası hələ 2012 və 2013-cü illərdə partladılaraq məhv edilmişdi, qalanlarını isə hökumət müxtəlif məqsədlərlə, orada qaçqınların da yerləşdirilməsi üçün istifadə etməyə cəhd edirdilər. Yekunda onların sökülməsini daha məqsədəuyğun hesab etdilər.