» » Türkiyədə erməni dilində “Xoş gəlmisiniz” yazısını qopardılar

Türkiyədə erməni dilində “Xoş gəlmisiniz” yazısını qopardılar

Türkiyədə erməni dilində “Xoş gəlmisiniz” yazısını qopardılar

Qalanlara toxunulmayıb.

Türkiyənin Iğdır əyalətinin Tuzluca şəhərində girişdə bir ay öncə yapışdırılmış erməni dilində olan yazı qoparılıb.

ucarliyiq.biz bu barədə CNNturk-ə istinadən xəbər verir.

Qeyd edilir ki, şəhər merinin təşəbbüsü ilə Tuzlucaya girişdə türk, kürd, ingilis və erməni dillərində “Xoş gəlmisiniz” və “Sağ olun” ifadələri yazılıb. Erməni dilində yazı Iğdırın azərbaycanlı təşkilatları arasında narazıçılığa səbəb olub.

Bu gün səhər erməni dilində olan yazının qoparıldığı, qalanlarına isə toxunulmadığı aşkar edilib.