» » Sobada omlet
Sobada omlet


Omlet tez hazırlanan və dadlı qəlyanaltılardan sayılır.Onu nəinki qadınlar hətta kişilər də asanlıqla hazırlaya bilir.
Omletin bir necə bişirilmə üsulu vardır.İndi sizləri sobada omletin hazırlanma qaydasıyla tanış edirik.

İstifadə olunan ərzaqlar:
5 yumurta
250 qr süd
0.5 ç/q duz
50 qr kərə yağı


Hazırlanma qaydası:
Yumurtalar südlə qarışdırılır ( heç bir halda çalmaq olmaz, yalnız qarışdırmaq lazımdır) . Sonra düz əlavə edilir.Tava yağlanır və hazırlanmış qarışıq tavaya tökülür. 200 dərəcə temperaturda 30 dəqiqə bişirilir (ilk 15-20 dəqiqə soba açılmamaq şərtilə).
Nuş olsun!