» » Putin Medvedevi mükafatlandırdı

Putin Medvedevi mükafatlandırdı

Putin Medvedevi mükafatlandırdı

Dövlət qarşısında görkəmli xidmətlərinə görə.

Rusiya prezidenti Vladimir Putin ölkənin baş naziri Dmitri Medvedevi I dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edib.

ucarliyiq.biz-ın məlumatına görə, müvafiq fərman hüquq informasiya portalında yerləşdirilib.

Qeyd edilir ki, baş nazir Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.

“Dövlət qarşısında görkəmli xidmətlərinə görə, Rusiya Federasiyasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə Medvedev Dmitri Anatoleviç I dərəcəli “Vətən qarşısında xidmətlərə görə” ordeni ilə təltif edilsin”, - fərmanda deyilir.