» » Lavrov: Moskva Ankara ilə əməkdaşlığa hazırdır

Lavrov: Moskva Ankara ilə əməkdaşlığa hazırdır

Lavrov: Moskva Ankara ilə əməkdaşlığa hazırdır

“Qüvvələri birləşdirmək lazımdır”.

Rusiya terrorizm ilə mübarizədə Türkiyə ilə sıx əməkdaşlığa hazırdır, bu barədə Rusiya XİN-nin rəhbəri Sergey Lavrov “Rusiya və Türkiyə: çoxplanlı tərəfdaşlığın möhkəmləndirilməsi” adlı beynəlxalq konfransda bildirib.  

ucarliyiq.biz bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

Lavrov öz çıxışında Rusiyanın oktyabrın 10-da Ankarada baş verən təxribat terror aktı nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verdiyini bildirib.

“Terror təhlükəsi ilə mübarizədə Türkiyə hakimiyyəti ilə ən sıx əməkdaşlığa və qarşılıqlı fəaliyyətə hazırıq. Bu qlobal şərə qarşı mübarizədə qüvvələri birləşdirmək lazımdır”, - Lavrov qeyd edib.  

Rusiya naziri Moskvada və Ankarada gündəmin ayrı-ayrı beynəlxalq məsələlərinə fərqli baxıldığını, bəzi hallarda isə iki ölkənin mövqelərinin ayrıldığını vurğulayıb.

“Yanaşmaların yaxınlaşması açıq fikir mübadiləsi nəticəsində mümkündür”, Lavrov əlavə edib.