» » Türkiyə Ermənistana qalib gəldi

Türkiyə Ermənistana qalib gəldi

Türkiyə Ermənistana qalib gəldi

Məhkəmə qərarını açıqladı.

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Böyük Palatası məhkəmənin 17 dekabr 2013-cü ildə Türkiyə Vətən Partiyasının lideri Doğu Perinçəkin iddiası əsasında İsveçrəyə qarşı çıxardığı qərarı təsdiqləyib.

ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, Böyük Palata qərara alıb ki, demokratik bir ölkədə orada yaşayan erməni icmasının hüquqlarını qorumaq naminə Doğu Perinçəkə qarşı cinayət işi açılması doğru deyil.

Qərarı AİHM sədri Din Şpilman özü açıqlayıb. Qərar Avropa Şurasına üzv ölkələrin uydurma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanunlar qəbul etməsini mümkünsüz edir.

Xatırladaq ki, Türkiyə İşçi Partiyasının lideri Doğu Perinçək 23 iyul 2005-ci ildə İsveçrənin Lozan şəhərində keçirilən mitinqdə dediyi “Erməni soyqırımı beynəlxalq yalandır!” - sözlərinə görə polis tərəfindən saxlanılıb. Türkiyənin müdaxiləsi ilə sərbəst buraxılan D. Perinçək daha sonra məhkəmə tərəfindən 3 ay həbs cəzasına məhkum edilsə də, məhkumiyyəti pul cəriməsi ilə əvəz edilərək azadlığa buraxılıb.

2008-ci ilin iyununda D. Perinçəkin vəkili Mehmet Cengiz söz və ifadə azadlığını məhdudlaşdırdığına görə İsveçrədən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.

AİHM 17 dekabr 2013-cü ildə bu şikayəti təmin edərək Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin pozulduğuna və İsveçrənin söz və ifadə azadlığını məhdudlaşdırdığına dair qərar qəbul edib.

AİHM-in qərarında 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi xarakterizə edilə bilinməyəcəyi də qeyd olunub. 16 mart 2014-cü ildə İsveçrə hökuməti AİHM qərarından apellyasiya şikayəti verib.

Daha sonra Ermənistan və Fransa da bu prosesə daxil olublar.