» » Ukrayna Rusiyadan 1 trilyon dollar tələb edir

Ukrayna Rusiyadan 1 trilyon dollar tələb edir

Ukrayna Rusiyadan 1 trilyon dollar tələb edir

Baş nazir açıqlama verdi.

Ukrayna Krım və Donbass üçün Rusiyadan 1 trilyon dollar tələb edəcək, Ukrayna hökumətinin rəhbəri Arseni Yatsenyuk bildirib.  

ucarliyiq.biz bu barədə TASS-a istinadən xəbər verir.

“Rusiya Federasiyası ilə hüquqi iş üzrə bizim iki əsas məsələmiz var və bu hüquqi işlər həm Krımın Rusiya tərəfindən işğalına, həm də Donetsk və Luqanskda intervensiyaya toxunur”, - Yatsenyuk bildirib.

Baş nazir birinci məsələnin 1 trilyon dollar məbləğinə sahib olduğunu, amma məsrəflərin yekun məbləğin işin baxışı zamanı meydana çıxacağını bildirib, belə ki, işğal davam edir.

Onun sözlərinə görə, Ukrayna bankları və digər şirkətlər RF ilə bütün məhkəmələrə çıxacaqlar.

Yatsenyuk Ukraynanın Rusiya ilə Kiyevin 3 milyard dollar məbləğindəki borcu məsələsi üzrə məhkəməyə çıxmağa hazır olduğunu da bəyan edib.

“Biz işin məhkəmə baxışına hazırıq”, - o deyib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın borca dair mövqeyinin dəyişmədiyini təsdiqləyib. Onu təzminat tələbi təəccübləndirdi.

“Krım Rusiyanın ərazisidir. Donbass Ukrayna ərazisidir. Trilyonun bura nə dəxli var?”, - o deyib.