» » Suriyada məşhur çeçen “generalı” öldürüldü

Suriyada məşhur çeçen “generalı” öldürüldü

Suriyada məşhur çeçen “generalı” öldürüldü

Əş-Şişani oktyabrın 14-də məhv edilib.

Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada terrorçuların mövqelərinə endirdiyi zərbələr nəticəsində “Əhrar əş-Şam” qruplaşmasının lideri əslən çeçen olan “general” Əbu Bəkr Əş-Şişani öldürülüb.

ucarliyiq.biz-ın xəbərinə görə, bu barədə Suriyadakı hərbi mənbə məlumat verib.

“Oktyabrın 14-də Rusiya aviasiyasının Homs şəhərinə endirdiyi zərbələr nəticəsində başda Əbu Bəkr Əş-Şişani olmaqla bir qrup yaraqlı məhv edilib”, - mənbə bildirib.

Elə həmin gün Suriyanın SANA agentliyi ölkənin Silahlı Qüvvələrinin “Əhrar əş-Şam” qruplaşmasının yeddi üzvünü öldürdüyü barədə məlumat yayıb. 

Öldürülənlər arasında qruplaşmanın liderlərindən biri Ömər əl-Hodra və onun çeçen əsilli köməkçisi Əbu Anasın olduğu bildirilir.