» » Ukrayna BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Ukrayna BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Ukrayna BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Beş yer uğrunda cəmi beş ölkənin namizədliyi nəzərdən keçirilirdi.

Ukrayna 2016-2017-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

ucarliyiq.biz-ın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu müddət ərzində TŞ masası arxasında həmçinin Yaponiya, Misir, Seneqal və Uruqvay kimi dövlətlər də əyləşəcəklər.

Qeyd edək ki, Şuranın qeyri-daimi üzvlərinin yerləri beş regional qrup arasında bölüşdürülür: Avropa, Afrika, Asiya-Sakit okean regionu, Şərqi Avropa və Latın Amerikası ölkələri.

Bu il TŞ masası arxasında əyləşmək uğrunda mübarizə gözlənilmirdi. Çünki beş yer uğrunda cəmi beş ölkənin namizədliyi nəzərdən keçirilirdi.