» » Rəsmi Ankara Rusiya təhlükəsindən danışdı

Rəsmi Ankara Rusiya təhlükəsindən danışdı

Rəsmi Ankara Rusiya təhlükəsindən danışdı

“Biz susa bilmərik”.

Oktyabrın 3-dən 10-na qədər Rusiya hərbi təyyarələri 13 dəfə Türkiyə təyyarələrinə təhlükəli məsafədə yaxınlaşıblar.

ucarliyiq.biz-ın İnterfax-a istinadən məlumatına görə, bu barədə Türkiyənin xarici işlər nazirinin müavini Əli Kamal Aydın Moskvada təşkil edilmiş konfransda bildirib.

“Rusiya hərbi təyyarələri iki dəfə bizim hava məkanımızı pozublar, üç dəfə isə Türkiyə təyyarələrinə yaxın məsafədə təhlükəli manevrlər ediblər”, - Əli Kamal deyib.

Türkiyəli diplomat qeyd edib ki, rəsmi Ankara diqqətlə hər bir belə epizodu araşdırır, və Türkiyəni bu məsələnin vacibliyinin şişirdilməsində günahlandırmaq düzgün deyil.

“Biz susa bilmərik”, - nazir müavini yekunlaşdırıb.