» » Üç kişidən ibarət ailə uşaq istəyir

Üç kişidən ibarət ailə uşaq istəyir

Üç kişidən ibarət ailə uşaq istəyir

Onlar övladlıq götürməyi də istisna etmirlər.

Kanadanın Qalifaks şəhərinin üç sakini uşaq istəyir, bu barədə Metro məlumat yayıb.

ucarliyiq.biz lenta.ru-ya istinadən xəbər verir ki, ailə münasibətlərində olan kişilər övladlıq və ya surroqat ana variantlarını nəzərdən keçirirlər.

29 yaşlı Şeyn Kurran və 27 yaşlı Adam Qrant, 29 yaşlı Sebastyan Tran ilə gecə klubunda tanış olarkən artıq nikahda idilər. 2012-ci ildən kanadalılar bir yerdə yaşamağa başladılar. Tran özünü artıq hiss etməsin deyə cütlük nikahı pozub.

“Bizim iki doğma bacımız var, onlar bizim gələcək uşağımız üçün surroqat ana olmağa hazırdırlar. Onlar bunu bizim üçün etməkdən ötrü az qalırlar ki, bir-biri ilə dalaşsınlar”, - Kurran bildirib.

Kişilər uşağın onların hər birinə oxşaması üçün genlərini qarışdırmaq fikrində olduqlarını bildiriblər. Amma onlar övladlığa uşaq götürməyi də istisna etmirlər.

Bircinsli nikah Kanadada 2005-ci ilin iyul ayının 20-dən - müvafiq qanun qəbul edildiyi dövrdən qanunidir. Amma üçlü ailə ittifaqları yalnız qeyri-rəsmi ola bilər.