» » Məşhur aktyorlara 10 ay həbs cəzası kəsildi

Məşhur aktyorlara 10 ay həbs cəzası kəsildi

Məşhur aktyorlara 10 ay həbs cəzası kəsildi

Kenan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydın.

Aktyorlar Kenan İmirzalıoğlu, Sarp Apak və Engin Günaydının məhkəmə prosesi başa çatıb.

ucarliyiq.biz Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbul 19. Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesdə məşhurların vəkilləri iştirak edib. Hər üç aktyora  “narkotik maddələrdən istifadə etmək” maddəsi ilə hökm oxunaraq 10 ay həbs cəzası verilib.

Həbs cəzasını təxirə salan məhkəmə şübhəlilərin 5 il yoxlama müddətinə cəlb edilməsinə hökm çıxarıb.