» » Türkiyə Avropadan 3 milyardlıq yardım alacaq

Türkiyə Avropadan 3 milyardlıq yardım alacaq

Türkiyə Avropadan 3 milyardlıq yardım alacaq

Tərəflər mühacirlərin məsələsində razılığa gəliblər.

Türkiyə hakimiyyəti və Avropa komissiyasının nümayəndələri Avropaya gələn qaçqın axını məsələsi üzrə, əsasən Ankaraya sərhədlərdə nəzarət tədbirlərinin gücləndirilməsi üçün 3 milyard avro verilməsi nəzərdə tutulan sazişin qaralama variantını razılaşdırıblar.

ucarliyiq.biz bu barədə Bloomberg-ə istinadən xəbər verir.

Məlumatda bildirilib ki, bu məbləğ Brüssel tərəfindən formalaşdırılan ilkin təklifdən altı dəfə çoxdur.

Sənədə müvafiq olaraq, belə maliyyələşdirmədən başqa Türkiyə viza rejiminin liberallaşdırılmasına və Türkiyənin Aİ-yə mümkün daxil olmasına toxunan bir sıra texniki məsələlər üzrə danışıqlara start verilməsinə ümid edir.

Brüsselin belə təşəbbüslərinin müqabilində Türkiyə öz sərhədlərində qaçqınlara nəzarəti fəallaşdırmağa razılaşacaq bu əməliyyat çərçivəsində Ankara bütün bunlarla yanaşı qonşu Yunanıstan ilə daha sıx əməkdaşlığa hazırdır.  

Bloomberg qeyd edir ki, razılaşdırılmış təkliflər qüvvəyə minənə qədər Aİ ölkələrinin liderləri tərəfindən siyasi təsdiq almalıdır. Bununla yanaşı onların bəziləri Ankaranın tələblərinin yüksək olduğunu düşünür.