» » Moskvada 200 min dollarlıq “Ferrari” qəzaya uğradı – FOTO + VİDEO

Moskvada 200 min dollarlıq “Ferrari” qəzaya uğradı – FOTO + VİDEO

Moskvada 200 min dollarlıq “Ferrari” qəzaya uğradı – FOTO + VİDEO

Alovlu “Ferrari”ni müşahidə kameraları çəkib.

Moskvada “Ferrari” markalı avtomobil əks hərəkət istiqaməti zolağına keçib və iki maşına çırpılıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb. Bahalı maşının sürücüsü hadisə yerindən qaçsa da sonradan tutulub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə Dövlət İdarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov bildirib.

Moskva polisləri qəzanın səbəbkarını Krım körpüsünün yaxınlığında cümə gününə keçən gecə aşkar ediblər. Yanan “Ferrari”nin sürücüsü sürücülük vəsiqəsi olmayan 17 yaşlı gənc olub.

“Yanan maşın hüquqi şəxsin adına – maşınların satışı və komissiyaya qəbulu ilə məşğul olan şirkətin adına qeydiyyatdan keçib. 17 yaşlı Moskva sakini heç bir zaman sürücülük vəsiqəsi almayıb və nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayıb. Gənc oğlanın avtomobilin sükanı arxasına necə oturduğunu polis əməkdaşları müəyyən etməli olacaqlar”, - Qaliakberov bildirib.

Hal-hazırda qəza faktı üzrə yoxlama aparılır, cinayət işinin qaldırılması məsələsi həll edilir.

Qeyd edək ki, “Ferrari” markalı avtomobilin orta qiyməti 200 000 dollardır.

Moskvada 200 min dollarlıq “Ferrari” qəzaya uğradı – FOTO + VİDEO

Moskvada 200 min dollarlıq “Ferrari” qəzaya uğradı – FOTO + VİDEO

Moskvada 200 min dollarlıq “Ferrari” qəzaya uğradı – FOTO + VİDEO