» » İsveçdə zorlanmaya məruz qalan kişilər üçün xəstəxana açıldı

İsveçdə zorlanmaya məruz qalan kişilər üçün xəstəxana açıldı

İsveçdə zorlanmaya məruz qalan kişilər üçün xəstəxana açıldı

Zərərçəkən kişilərə pulsuz tibbi yardım göstəriləcək.

İsveç hakimiyyəti, seksual əsasda törədilən cinayətlərdən zərər çəkmiş kişilər üçün dünyada ilk xəstəxananı açıb.

ucarliyiq.biz xəbər verir ki, tibb müəssisəsi cümə axşamı Stokholmda açılıb.

Xəbər verilib ki, açılışda Liberal partiyanın, Xristian-Demokratik partiyanın və Mərkəzi partiyanın nümayəndələri iştirak edib.

Xəsarət alan kişilərə tibbi yardımın pulsuz göstəriləcəyi nəzərdə tutulub.

“Biz çox şadıq ki, zorlanmadan zərər çəkən qadınlar üçün açılan xəstəxanadan sonra bu qəbildən olan ilk xəstəxana açıldı. Bu, İsveçdə ilkdir. Hesab edirik ki, dünyada da bu ilkdir”, - nəşr Liberal partiyanın mətbuat katibi Rasmus Yunlandın sözlərindən sitat gətirir.

Kriminal fəaliyyətin qarşısının alınması üzrə Milli Şuranın statistikasına müvafiq olaraq 2014-cü ildə İsveç ərazisində oğlan və kişilərə seksual hücumlara dair 370 iş açılıb.  

İsveç Avropada zorlanma sayına görə birinci yerdədir. Ölkədə zorlanmanın yüksək statistikası, yüksək siyasi səviyyədə debatların müzakirə mövzusuna çevrilib.