» » Putin: Biz Suriyada yüzlərlə terrorçu məhv etmişik

Putin: Biz Suriyada yüzlərlə terrorçu məhv etmişik

Putin: Biz Suriyada yüzlərlə terrorçu məhv etmişik

Rusiya rəhbəri MDB-nin xarici sərhədlərindəki vəziyyəti diqqətlə izləməyə çağırdı.

Rusiyalı hərbçilər Suriyada etimad doğuracaq nəticələr əldə ediblər.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidenti Vladimir Putin MDB dövlət başçılarının şurasının iclasında bəyan edib.

“Əvvəlcədən suriyalılar ilə razılaşdırılmış hədəflərə doğru havadan və dənizdən hərəkət edərək, bizim hərbçilər etimad doğuracaq nəticələr əldə ediblər. Onlarla idarə məntəqəsi və sursat anbarları, yüzlərlə terrorçu və böyük sayda texnika məhv edilib”, - Rusiya lideri bildirib.

Bununla yanaşı o, vurğulayıb ki, RF ekstremist və terrorçulara qarşı fəaliyyət üzrə maksimal dərəcədə geniş koalisiyanın formalaşdırılmasının tərəfdarıdır.

Prezident Suriyada İŞİD ilə mübarizə üzrə fəaliyyətin koordinasiyasında inkişafı, Yaxın Şərq ölkələri ilə kontaktların qurulduğunu qeyd edib.

“Bu planda, fəaliyyətin koordinasiyası və regionda terrorizm üzrə mübarizənin güclənməsi planında müəyyən irəliləyiş var. Yaxın Şərq dövlətləri ilə işgüzar əlaqələr yaradılıb”- o, MDB dövlət rəhbərlərinin Şurasının iclasında bildirib.

“Biz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, İordaniya, İsrail və digər ölkələr ilə danışıqlar prosesindəyik, Amerika Birləşmiş Ştatları və Türkiyə ilə qarşılıqlı fəaliyyəti qaydasına salmaq üçün cəhdlər edirik”, - o, əlavə edib.

Rusiya dövlət başçısı MDB-nin xarici sərhədlərindəki vəziyyəti diqqətlə izləməyə çağırıb.

“MDB terror əleyhinə mərkəzin səmərəli fəaliyyətini təmin etmək mütləqdir, xüsusi xidmətlərin işini, koordinasiyanı davam etdirmək, daimi informasiya mübadiləsi aparmaq lazımdır. MDB-nin xarici sərhədlərindəki vəziyyəti diqqətlə izləmək xüsusilə vacibdir”, - prezident deyib.

Bununla yanaşı, Putin qeyd edib ki, müxtəlif qiymətləndirmələrə görə İŞİD-də MDB ölkələrindən olan 5-7 min adam döyüşür.  

“Birliyimizin çərçivəsində beynəlxalq terrorizm ilə mübarizədə əməkdaşlığın artan aktuallığını vurğulamaq istərdim. Müxtəlif dəyərləndirmələrə görə İŞİD sıralarında Rusiya və MDB-nin digər ölkələrindən olan 5-7 min arası adam döyüşür. Və biz əlbəttə ki, onların Suriyada yığdıqları təcrübəni sonradan bizim evimizdə tətbiq etməsinə izin verməyəcəyik”- o, MDB dövlət başçılarının Şurasının iclasında çıxış edərkən bildirib.