» » İsrail müsəlmanların Əl-Əksa məscidinə girişini məhdudlaşdırdı

İsrail müsəlmanların Əl-Əksa məscidinə girişini məhdudlaşdırdı

İsrail müsəlmanların Əl-Əksa məscidinə girişini məhdudlaşdırdı

“Giriş yalnız 40 yaşından yuxarı kişilər üçündür”.

İsrail Qüdsün köhnə şəhərində Məbəd dağında Əl-Əksa məscidinə cümə namazına müsəlmanlar üçün girişə yaş məhdudiyyəti tətbiq edib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin polisinin rəsmi nümayəndəsi Piter Lerner bildirib.

“Məbəd dağına giriş yalnız 40 yaşından yuxarı kişilər üçündür”, - Lerner deyib.

“Polis İsrail ərazisində terror aktlarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə davam edir”, - o, əlavə edib.

Məbəd dağının statusu (ərəb dilində - “Əl-Hərəm əş-Şərif”), ümumilikdə üç dinin (Xristianlıq, İudaizm, İslam) şəhəri olan Qüdsün problemi kimi Fələstin-İsrail münasibətlərinin ən kəskin problemlərindəndir.

Təhlükəsizlik tədbirləri oktyabrın əvvəlindən İsraildə baş verən terror aktları dalğasının qarşısını almaq üçün həyata keçirilir.