» » MDB dövlət başçıları 16 sənəd imzaladılar

MDB dövlət başçıları 16 sənəd imzaladılar

MDB dövlət başçıları 16 sənəd imzaladılar

Böhranlı vəziyyətlərin həlli üçün bir sıra idarə qruplaşmaları formalaşdırılacaq.

MDB dövlət başçıları Qazaxıstanda keçirilən sammitin yekununda beynəlxalq terrorizmlə mübarizə haqqında bəyanat və 2020-ci ilədək birlik ölkələrinin hərbi əməkdaşlıq konsepsiyasını qəbul ediblər.

Bu barədə ucarliyiq.biz TASS-a istinadən xəbər verir.

Bundan başqa, iclasın yekununda daha 14 sənəd imzalanıb.

Ölkə bacıları BMT-nin 70 illik yubileyi ilə bağlı bəyanat, Çernobıl qəzasının 30 illiyi ilə bağlı müraciət qəbul ediblər. Bundan başqa, xarici sərhədlərdə böhranlı vəziyyəti nizamlamaq üçün sərhəd və digər idarələrin qruplarının yaradılması, həmçinin 2016-2020-ci illərdə xarici sərhədlərdə sərhədyanı təhlükəsizliyin möhkəmləndirilməsi üzrə əməkdaşlıq proqramı qəbul edilib.

Bir neçə sənəd hüquq-mühafizə orqanlarının fəaliyyətində iş birliyini əhatə edir. Onların arasında birgə istintaq-əməliyyat qruplarının və penitensiar xidmət başçıları şurasının yaradılması da var.

Ölkə başçıları fövqəladə halların xəbərdar olunması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq barədə saziş imzalayıblar.

Bundan başqa, MDB Anti-terror mərkəzi rəhbərinin və MDB müdafiə nazirləri şurası yanında hava hücumundan müdafiə məsələləri üzrə Koordinasiya komitəsi sədrinin namizədliyini təsdiqləyiblər.

Nəhayət, 2016-cı ildə MDB-yə sədrliyin Qazaxıstandan Qırğızıstana keçməsi barədə protokol rəsmiləşdirilib. Müəyyən olunub ki, MDB dövlət başçılarının növbəti iclası 16 sentyabr 2016-cı ildə Qırğızıstanda keçiriləcək.