» » Fransada məscidi təhqir etdilər

Fransada məscidi təhqir etdilər

Fransada məscidi təhqir etdilər

“Bu, qorxaq hərəkətdir”.

Naməlum şəxslər Fransanın cənubunda Oban şəhərində məscidin dinamikinin barmaqlığına donuz başı bərkidiblər, Frans Press agentliyi məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, məscidə gələnlərdən biri donuzun başını cümə axşamı axşam saatlarında aşkar edib.

Provans-Alp-Lacivərd sahili regionunun müsəlmanlar şurası bu hadisə ilə əlaqədar narahatçılığını bildirib, onun sözlərinə görə, bu hadisə Obana müsəlmanlarını həyəcan və çaşqınlığa qərq edib.

“Provans-Alp-Lacivərd sahil regionunun müsəlmanlar şurası dua və iman məkanına toxunan bu qorxaq hərəkəti pisləyir... Region müsəlmanları ayıq-sayıq olmağa çağırır”, - birliyin bəyanatında deyilir.