» » Lukaşenko Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırdı

Lukaşenko Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırdı

Lukaşenko Dağlıq Qarabağ münaqişəsini həll etməyə çağırdı

“MDB mühüm danışıq meydanıdır, onu heç bir halda dağıtmaq olmaz”.

Belarus prezidenti Aleksandr Lukaşenko MDB-ni postsovet məkanının ciddi problemlərini, o cümlədən də Dağlıq Qarabağ problemini həll etməyə çağırıb.

Bu barədə cümə günü Belarus dövlətinin rəhbəri MDB dövlət başçılarının şurasının iclasında bildirib, ucarliyiq.biz BELTA-ya istinadən xəbər verir.

“MDB-də postsovet məkanında mövcud ciddi problemləri həll etmək lazımdır, və bu problemlərin həllinin asılı olanları stimullaşdırmaq lazımdır. Bu olmasa biz üzüaşağı yuvarlanaraq, birliyimizin süqutuna doğru gedəcəyik”- Aleksandr Lukaşenko bildirib.

Dövlət rəhbəri dövlət başçılarının şurasının iclasının gündəminin bəyanat və istəklərdən ibarət olduğunu qeyd edib.

“Bu gün Qazaxıstan və Rusiyanı, və ya Belarusu MDB-nin az səmərəli olmasında ittiham etməyin mənası yoxdur”, - Aleksandr Lukaşenko deyib.

Onun sözlərinə görə, Birlik dövlətlərinin başçıları etiraf edirlər ki, MDB mühüm danışıq meydanıdır, onu heç bir halda dağıtmaq olmaz.

“MDB mühüm məsələləri həll etdikdə nüfuzlu və tələbedilən olacaq”, - prezident davam edib və nümunə kimi Dağlıq Qarabağ, Dnesteryanı, Ukrayna münaqişələrini göstərib.