» » Rusiya Baş qərargahı İŞİD yaraqlılarının sayını açıqladı

Rusiya Baş qərargahı İŞİD yaraqlılarının sayını açıqladı

Rusiya Baş qərargahı İŞİD yaraqlılarının sayını açıqladı

“Onlar müxtəlif taktiki üsulları təkmilləşdiriblər”.

Realistik dəyərləndirmələrə görə, “İslam Dövləti” (İŞİD) terror təşkilatının yaraqlılarının sayı 40-50 min nəfərdir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə “Komsomolskaya pravda”-ya müsahibəsində Rusiya Baş qərargahının baş əməliyyat idarəsinin rəisi Andrey Kartapalov bildirib.

“Müxtəlif qiymətləndirmələrə görə, [yaraqlıların sayı] 30-80 min arasıdır. Ortalama bir rəqəm deyək, 40-50 min arası”, - Kartapalov bildirib.

O, qeyd edib ki, bu qruplaşmalar taktiki mənada əla hazırlanıblar və onları qiymətləndirməmək olmaz.

“Onların avtomatlı, uzun xəncərli və baş kəsməkdən başqa heç nə bəyənməyən adi quldur olduğunu təsəvvür etmək lazım deyil. Onlar döyüşməyi bacarırlar, müxtəlif üsulları təkmilləşdiriblər, İraq ordusuna qarşı, Suriya ordusuna qarşı döyüşlərdə təcrübə toplayıblar. Və bəzən bu üsulları çox uğurla tətbiq edirlər”, - Kartapalov bəyan edib.

Rusiya sentyabrın 30-dan islamçılara qarşı mübarizədə hökuməti dəstəkləyərək Suriyada hava əməliyyatları həyata keçirir. Avia-qrupun tərkibinə 50-dən çox təyyarə və helikopter, o cümlədən Su-24M, Su-30M, Su30-CM, Su-25 və Su-34 daxildir.