» » Türkiyə suriyalı qaçqınlardan imtina edir

Türkiyə suriyalı qaçqınlardan imtina edir

Türkiyə suriyalı qaçqınlardan imtina edir

Rəsmi Ankara təhlükəsiz zonaların yaradılmasının tərəfdarıdır.

Türkiyə höküməti miqrantların ölkədə qalmasını istəmir.

ucarliyiq.biz-ın Reuters-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Xarici işlər naziri Ferudin Sinirlioğlu bildirib.

Jurnalistlərin suallarına cavabladıran nazir qeyd edib ki, rəsmi Ankara məcburi köçkünlərin çıxdığı ölkələrdə təhlükəsiz zonaların yaradılmasının tərəfdarıdır.

Türkiyə XİN rəhbəri bəyan edib ki, Avropa İttifaqı ilə qaçqın böhranının həlli məsələsi yalnız müzakirələr mərhələsindədir. Nazirin sözlərinə görə, sərhədlərin gücləndirilməsi problemin həlli deyil.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avropalı məmurları qaçqın böhranın miqyasını gec başa düşməkdə günahlandırıb.

O həmçinin əlavə edib ki, əgər miqrant böhranı Türkiyəsiz həll edilə bilməzsə, onda Türkiyəni Avropa Birliyinə daxil etmək lazımdır.