» » Aktrisa porno-filmlərə baxmağa çağırış üçün məhkəmə qarşısına çıxacaq

Aktrisa porno-filmlərə baxmağa çağırış üçün məhkəmə qarşısına çıxacaq

Aktrisa porno-filmlərə baxmağa çağırış üçün məhkəmə qarşısına çıxacaq

Prokuror aktrisanı əxlaqsızlığa çağırışda ittiham edib.

Misirli aktrisa Entissar evli olmayan cavanlara pornoya baxmaq lazım olduğunu al-Qahira Waalnas telekanalının efirində bildirdikdən sonra məhkəmə qarşısına çıxacaq.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Independent məlumat yayıb.

Entissarın ifadəsinə qarşı etiraz “Misiri kim sevir?” adlı hökumətyönlü qrup tərəfindən irəli sürülüb. Bir müddət sonra Misirin baş prokuroru aktirsanı əxlaqsızlığa çağırışda ittiham edib. Misirli xanım ilkin dinləmə üçün noyabr ayının 10-da məhkəmə zalına gəlməlidir. Ərəb ölkəsinin qanunlarına görə, aktrisa bir il müddətinə azadlıqdan məhrum edilə bilər.

2015-ci ilin oktyabr ayının 10-da al-Qahira Waalnas telekanalının efirində 44 yaşlı Entissar evli olmayan kişilərin toydan sonra nəyi necə etməli olduğunu öyrənmək üçün porno-saytlara baxmalı olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, gənc misirlilərin dini qadağalara görə seksual təcrübəsi yoxdur, böyüklər üçün filmlər isə onlara birinci dəfə necə davranmalı olduqlarını öyrədəcək.

Bundan başqa, “günah işləməkdən qorxanlar isə porno-filmlərə baxaraq soyuya bilərlər”, deyə aktrisa əlavə edib.

Müsəlman dini xadimi Xalid Əl-Cindi Entissarın sözlərini şərh edərək bəyan edib ki, bu ifadələrlə qadın mənəviyyatsızlığa çağırış edir.

Cavab olaraq tele-ulduz bildirib ki, ittihamlardan qorxmur, çünki pis heç nə deməyib. Onun sözlərinə görə, o, toydan öncə böyüklər üçün filmlərə baxan və seksual mətnli kitablar oxuyan bir çox adam tanıyır.

Misir məhkəməsi 2009-cu ildə, Hüsnü Mübarəkin hakimiyyəti dövründə pornoqrafiyanı “zəhərli və iyrənc” adlandıraraq qadağan edib. Ölkə dəfələrlə bir sıra ölkələri onu dəstəkləməyə çağırıb.