» » Alimlər Plutona planet statusunu qaytarırlar

Alimlər Plutona planet statusunu qaytarırlar

Alimlər Plutona planet statusunu qaytarırlar

Pluton aktivləşə və vulkanik fəaliyyət göstərə bilər.

NASA alimləri Science jurnalında cırtdan planet Plutonun New Horizonsun yardımı ilə tədqiqatının nəticələrinin ilk elmi məlumatlarını dərc ediblər, gazeta.ru məlumat yayıb.

ucarliyiq.biz xəbər verir ki, ixtiralardan biri nazik atmosfer olub, bu atmosfer özünü günəş şüalarının tollinlərin, orqanik maddələrin üzərində yayılması ilə büruzə verir.

Alimlər ehtimal edirlər ki, ölçülərinə və Günəşdən uzaq olmasına baxmayaraq Pluton aktivləşə və vulkanik fəaliyyət göstərə bilər. Buna Peykin Düzəngahıda (Sputnik Planum) işarə edir - yüz kilometrlərcə buzlaşmış düzəngah. Bu hansısa proseslərin əmələ gələn kraterlərin səthini yeniləməsi deməkdir. Plutonun səthində əmələ gələn qırmızı ləkə - ürək adlanan ləkənin səthinin sol və sağ hissələrinin tərkibi də maraqlı tapmacalardandır.

Pluton 2006-cı ildə Koyper kəmərində analoji, məsələn, Erida planeti kimi obyektlərin olması aşkarlandığı zaman planetlər siyahısından çıxarılmışdı. Plutonun ölçülərinin yenidən nəzərdən keçirilməsi onun Eridadan böyük olmasını göstərdi, bu isə ona planet statusunu qaytarmağa səbəb ola bilər.

Daha öncə bir sıra alim Plutona planet statusunu qaytarmaq üçün imza toplamağa başlamışdı.