» » Amerikalını əlil arabasını sərxoş idarə etdiyi üçün həbs etdilər

Amerikalını əlil arabasını sərxoş idarə etdiyi üçün həbs etdilər

Amerikalını əlil arabasını sərxoş idarə etdiyi üçün həbs etdilər

Bu, onun birinci həbsi deyil.

Florida ştatının Palm Bey şəhərindən olan amerikalı öz əlil arabası ilə yerli körpülərin birində yolu bağlayıb, Metro məlumat yayıb.

ucarliyiq.biz Lenta.ru-ya istinadən xəbər verir ki, sərxoş halda olan 54 yaşlı Ronni Skott Hiksi həbs ediblər.

Hadisə yerinə gələn asayiş keşikçiləri 54 yaşlı əlilin dilinin söz tutmadığını aşkar ediblər. Qanun təmsilçilərinin bəyanatına əsasən onlar kişidən gələn alkoqol qoxusunu dərhal hiss ediblər.

Amerikalı alkotesterdə yoxlama keçməkdən imtina edib. Bundan başqa, o, üzündə olan açıq yaranı təmizləməyə icazə verməyib. Onu Brevard dairəsinin həbsxanasına göndəriblər.

Qeyd edilir ki, Ronni Skottun indiki həbsi onun sayca üçüncü həbsidir.