» » Rusiyada aktyorun abidəsini oğurladılar

Rusiyada aktyorun abidəsini oğurladılar

Rusiyada aktyorun abidəsini oğurladılar

“Qarət” maddəsi üzrə cinayət işi qaldırılıb.

Naməlum şəxslər Moskvada aktyor Yevgeni Leonovun abidəsini oğurlayıblar.  

ucarliyiq.biz xəbər verir ki, bu barədə TASS-a DİN Moskva üzrə Dövlət İdarəsinin mətbuat xidmətinin rəisi Andrey Qaliakberov bildirib.

“Moskva polisinin əməkdaşları Mosfilm küçəsindən “Uğur centlmenləri” filmindəki Yevgeni Leonovun canlandırdığı personaja həsr edilmiş heykəl kompozisiyasının oğurlanmasına dair ərizə üzrə cinayət işi açıblar. Cinayət işi “Qarət” maddəsi ilə açılıb”, - o deyib.

Onun sözlərinə görə, hadisə yerinə ekspert və kinoloqun iştirakı ilə baxış keçirilib. Xidməti-axtarış iti iz götürüb və əməliyyatçıları Mosfilm küçəsinin əvvəlinə qədər aparıb. Amma burdan sonra iz itib, cinayətkarların avtomobildən istifadə etdikləri ehtimal edilir.