» » İrana qarşı sanksiyalar Azərbaycanın Müstəqillik günü ləğv ediləcək

İrana qarşı sanksiyalar Azərbaycanın Müstəqillik günü ləğv ediləcək

İrana qarşı sanksiyalar Azərbaycanın Müstəqillik günü ləğv ediləcək

Parlament qanun layihəsini təsdiqlədi.

Avropa İttifaqı oktyabrın 18-də İrana qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsini rəsmi olaraq elan edəcək.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Agence France-Presse diplomatik sahədə olan mənbəsinə istinadən məlumat yayıb.

Bu qərarın 2015-ci ilin sonuna qədər Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın razılaşmanın şərtlərini yerinə yetirdiyini təsdiqlədikdən sonra qüvvəyə minəcəyi gözlənilir.

Daha öncə İran parlamentinin “altılıq” ölkələri ilə əldə edilmiş nüvə razılaşmasının şərtlərinin hökumət tərəfindən yerinə yetirilməsinə imkan yaradan qanun layihəsini təsdiqlədiyi bildirilmişdi.

Bununla yanaşı, qanunda İran hökumətinin əgər Tehranın üzərindən sanksiyalar götürülməsə razılaşmadan imtina edə biləcəyi də göstərilir.